Fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması 2020-ci ildə dövlət büdcəsi xərclərinə 60 mln. manat qənaət etməyə imkan yaradacaq. Bunu səhiyyə naziri Oqtay Şirəliyev qeyd edir.
“Fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan prioritet istiqamətlərdən biridir. Bu, 2020-ci ildə dövlət büdcəsi xərclərinə 60 mln. manat və ya səhiyyə xərclərinə 7% qənaət etməyə imkan yaradacaq”, - O.Şirəliyev “Respublika” qəzetində dərc olunan məqaləsində vurğulayıb.
Nazir qeyd edib ki, hazırda Səhiyyə Nazirliyi 38 elektron xidmət göstərir.
“2025-ci ildən sonrakı dövrdə səhiyyə sahəsində bütün proseslər rəqəmsallaşdırılacaq. Bu, yaradılmış elektron səhiyyə xidmətləri hesabına mümkün olacaq”, - O.Şirəliyev bildirib. **
R.Babayev