Yaxın günlərdə Azərbaycanda 2 Kiçik və Orta Biznesin (KOB) Dostu mərkəzi fəaliyyətə başlayacaq. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
“Gələn həftə Xaçmaz və Siyəzən rayonlarında “KOB Dostu” mərkəzləri fəaliyyətə başlayacaq. “KOB Evləri”nin açılışına gəlincə, birinci "KOB Evi" gələn il Bakıda açılacaq”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, KOB evləri vasitəsilə 35 qurumun xidmətləri göstəriləcək.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir. Agentliyin tərkibində “Kiçik və orta sahibkarlıq evi” fəaliyyət göstərəcək.*
B.Rüstəmbəyov