2018-ci ildə Azərbaycanda nar yığımı 190-200 min ton səviyyəsində gözlənilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov məlumat verib.
“2017-ci ildə Azərbaycanda 160 min tona yaxın nar yığılıb. Bu il isə nar yığımı 190-200 min ton həcmində nəzərdə tutulur. Bütövlükdə, 2018-ci ildə məhsul yığımı 20-25% arta bilər”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, 2017-ci ildə $10 mln. məbləğində nar ixrac edilib. İstehsalın artımı ixracın (nar, nar konsentratı, nar şərabı, şirələr) da artmasına səbəb olacaq. İxracın 20-25% artacağı nəzərdə tutulur.*
B.Rüstəmbəyov