Bu gün səhər saatlarında Tərtər rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Tərtər rayonunun Qaradağlı kəndində “PAT OİL” yanacaqdoldurma məntəqəsinin ərazisində partlayış nəticəsində yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən baş verib.
Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.*
R.Babayev