Crocus Group-un prezidenti Araz Ağalarov Rusiya prezidenti Vladimir Putinə bir sıra layihələrin reallaşdırılması, həmçinin müflis olmuş Urban GROUP-un yaşayış komplekslərinin inşası barədə məlumat verib.
Ümumrusiya xalq cəbhəsi qurultayının keçirildiyi “Krokus Ekspo” Sərgi Məkəzində iş adamı dövlət başçısına layihələrin təqdim olunduğu stendi nümayiş etdirib.
O cümlədən, A.Ağalarov V.Putinə Mərkəzi Dairəvi Avtomobil Yolu nun bir hissəsi, keçid məntəqələrinin qurulması, Qırğızıstan ilə sərhəddə dəmir yolları və aeroport komplerksləri nin və Crocus Group-un digər obyektlərinin tikintisi barədə məlumat verib. **