2018-ci ildə Azərbaycanda arıçılıq təsərrüfatlarına 45 min manatdan çox subsidiya veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
«Bu gün nazirlikdə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. İclasda 6 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, dövlət büdcəsinin vəsaiti hesabına 159 arıçıya 45,32 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib», - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov