Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu Cənubi Qafqaz bölgəsi və daha geniş Avropa məkanında hərtərəfli əməkdaşlığaəngəl törədir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E.Məmmədyarov cümə axşamı BMT-nin Avropa üzrə İqtisadi Komissiyanın (UNECE) icraçı katibi Olqa Alqayerovanı qəbul edib.
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu, o cümlədən Sərsənq su anbarının işğal altında saxlanılmasının regional sülh və təhlükəsizlik, habelə ekoloji vəziyyət üçün ciddi təhdid olmaqla bərabər, Cənubi Qafqaz bölgəsi və daha geniş Avropa məkanında hərtərəfli əməkdaşlığaəngəl törədir”, - E.Məmmədyarov görüş zamanı bildirib. Bu barədə XİN-nin mətbuat xidməti məlumat verir.
O cümlədən, azərbaycanlı nazir qeyd edib ki, Avropada iqtisadi inkişaf meyllərinin izlənilməsi və onun təmin edilməsi məqsədilə UNECE çərçivəsində intensiv siyasi dialoq və səmərəli təcrübə mübadiləsi mexanizmlərinin vacib rol oynayır.
Bu xüsusda o, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğuladı.
Öz növbəsində, O.Alqayerova UNECE ilə Azərbaycan Respublikasının Hökuməti arasında BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi üzrə Birgə Bəyanatın imzalanmasını və rəsmi Bakının UNECE-də fəaliyyətinİ yüksək dəyərləndirdi.
O, həmçinin Azərbaycanın BMT orqanları sistemində təşəbbüskar mövqeyi ilə seçildiyini vurğulayıb. **
F.İsazadə