Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunda avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 11 mln. manat ayırmağı tapşırıb.
Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolu on yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə