Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 30-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9367 manat/1EUR səviyyəsində müəyyən edilib.
AMB noyabrın 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0257 manat/1RUB səviyyəsində müəyyən edib.**
Ə.Məmmədov