2019-cu ilin fevral ayında AzərbaycanRespublikası Hökuməti vəLitvaRespublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrəHökumətlərarası Komissiyanıniclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Hökumətlərarası Komissiyanıniclasının 2019-cu ilin əvvəlində, təqribən fevral ayında keçirilməsi planlaşdırılır”, - agentliyin həmsöhbəti bildirib.
Bununla əlaqədar, Litva XİN başçısı Linas Linkyaviçyus Azərbaycana səfər edəcək.
Mənbənin sözlərinə görə, öncə Hökumətlərarası Komissiyanıniclasının 2018-ci ilin sonunadək keçirilməsi planlaşdırılmışdı. “Lakin L.Linkyaviçyusun gərgin iş qrafiki ilə əlaqədartarix keçirilib”, - agentliyin həmsöhbəti qeyd edib.
Hökumətlərarası Komissiyanınöncəki iclası 27 oktyabr 2017-ci il tarixində Vilnüsda keçirilib. **
F.İsazadə