Azərbaycanınxarici işlər naziri Elmar Məmmədyarov Meksikayaişgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfər çərçivəsində E.Məmmədyarov Meksikanın yeni seçilmiş prezidentinin inauqurasiya mərasimində iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2018-ci il iyulun 1-də Meksikada keçirilmiş prezident seçkilərində “Morena” Milli Dirçəliş Hərəkatının lideri Andres Manuel Lopes Obrador qələbə qazanıb.*
F.İsazadə