Azərbaycan prezidenti İlham Əliyev Salome Zurabişvilini Gürcüstanda pezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Hörmətli xanım Zurabişvili, Gürcüstanın prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm”, - təbrik məktubunda deyilir.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. “İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik”, - Azərbaycan prezidenti qeyd edib.
İ.Əliyev S.Zurabişviliyə Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib. **
R.Babayev