Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının könüllü tibbi sığortası üzrə sığortaçı seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"AMB əməkdaşlarına könüllü tibbi sığorta xidmətləri göstərəcək şirkətin seçimi üzrə tenderə yekun vurub", - deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, "AXA Mbask" şirkəti tenderin qalibi elan edilib.
"Şirkət artıq könüllü tibbi sığorta xidmətlərinin göstərilməsinə başlayıb. "AXA Mbask" 2018-ci il noyabr ayının 12-dən işə başlayıb və 12 ay ərzində sözügedən xidmətləri göstərəcək", – deyə məlumatda qeyd olunur.
Bundan əvvəl AMB-yə tibbi sığorta xidmətləri «PAŞA Sığorta» şirkəti tərəfindən göstərilirdi.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb. Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Şirkətin yeganə səhmdarı “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkətidir. Nizamnamə kapitalı 19 mln. 733,738 min manata bərabərdir.
2018-ci ilin yanvar-oktyabr aylarında “AXA Mbask”ın sığorta haqları 15 mln. 898,9 min manat, ödənişləri 8 mln. 42 min manat təşkil edib.*
Ə.Məmmədov