Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev biznes strukturlarını maliyyələşmənin cəlb olunması üçün alternativ mənbələr axtarmağa çağırıb.
“Bir sıra Azərbaycan şirkətləri istiqrazların buraxılması vasitəsilə kapital bazarının inkişafına artıq töhfə veriblər. İstiqrazların buraxılması dövlətdən əsas borc alma mexanizmlərindən biridir. Ötən il Maliyyə Nazirliyi istiqrazların buraxılması hesabına 700 mln. manat cəlb edib. O cümlədən, SOCAR və METAK şirkətlərinin istiqrazlarının buraxılmasını misal çəkmək olar”, - M.Musayev cümə günü Bakıda keçirilən “Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda konfransda bildirib.
O əlavə edib ki, kapital bazarından maliyyələşmənin cəlb olunmasına əsas tələblərdən biri “maliyyə hesabatının vaxtında açılması və onun şəffaflığı”dır. **
Ə.Məmmədov