Bako Saakyanın Rusiyaya səfəri fərdi xarakterdaşıyır, bu isə nə Rusiya qanunvericiliyi, nə də heç bir beynəlxalq razılıqlara zidd deyil. Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə günü bəyan edib.
“Sizə məlumdur ki, bu səfər fərdi olmaqdan başqa nəzərdən keçirilmir, onun statusu bəllidir. Və bu məhz fərdi səfər qismində nə Rusiya qanunvericiliyi, nə beynəlxalq razılıqlara, nə Dağlıq Qarabağ münaqişəsinin nizamlamasında Rusiyanın vasitəçilik missiyasına zidd deyil”, - o cümə günü brifinqdə bildirib.
“Bu səbəbdən, bizim nöqteyi-nəzərdən, bu yaxınlarda Azərbaycan tərəfinin Rusiya tərəfinə ünvanladığı bəyanatda ifadə olunan iddialar əsassızdır”, - M.Zaxarova qeyd edib.
Öncə Bakıda B.Saakyanın Rusiyaya səfərinə kəskin reaksiya veriblər. Azərbaycan XİN-də hesab edirlər ki, bu Moskvanın vasitəçilik öhdəliklərinə ziddir. **