“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının artım tempinin sürətlənəcəyini gözləyir.
«Gələn il Azərbaycan iqtisadiyyatı əhalinin etimadının bərpa olunması və büdcə xərclərinin artması fonunda daha sürətlə inkişaf edəcək», - deyə agentliyin Avropanın inkişaf etməkdə olan ölkələri üzrə hesabatında bildirilir.
“Fitch”in proqnozlarına görə, 2019-cu ildə Azərbaycan, Makedoniya və Slovakiyada iqtisadi artım tempində sürətlənmə müşahidə olunacaq.
«2019-cu ildə Avropanın inkişaf etməkdə olan 21 ölkəsindən 18-də iqtisadi artım tempi zəifləyəcək. Səbəb pul-kredit siyasətinin sərtləşdirilməsi və əmək bazarında gərginlikdir», - deyə hesabatda qeyd olunur.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM artımını 2%, 2019-cu ildə 3,6% səviyyəsində proqnozlaşdırır.*
Ə.Məmmədov