Tərtər rayonunda PAT OİL yanacaqdoldurma məntəqəsində baş verən partlayış faktı ilə bağlı Cinayət Məcəlləsinin162.1-ci “Əmək-mühafizə qaydalarını pozma” və223.1-ci “Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma” maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluqdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hadisə nəticəsində YDM-nin 5 əməkdaşı xəsarət alıb.
Cümə axşamı Tərtər rayonunun Qaradağlı kəndi ərazisində PAT OİL yanacaqdoldurma məntəqəsində 60 tonluq benzin çəninə yanacaq doldurulan zamanyanğın baş verib. **
R.Babayev