Azərbaycan prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının dövlət büdcəsindən 12 mln. manat artırılmasını tapşırıb.
Kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətindətədbirlərin həyata keçirilməsi haqqında
sərəncama əsasən, bu vəsait “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsinə yönəldiləcək.
Bu məqsədlər üçün vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı cümə günü dövlət başçısının saytında dərc olunub. **
Ə.Məmmədov