2018-ci il dekabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $56,4 mln.-a yaxın (cari məzənnə ilə) vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
“Silahlı Qüvvələrin Yardım Fonduna cari il dekabrın 1-dək 95.491.341,61 AZN, 213.577,88 ABŞ dolları, 14,836 min avro və 5000,0 rubl vəsait daxil olub”, – deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
R.Babayev