Azərbaycan prezidenti İlham Əliyev Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - başsağlığı məktubunda deyilir.
O cümlədən, İ.Əliyev Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti Corc Buşa başsağlığı məktubu ünvanlayıb. **
R.Babayev