Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov Meksika prezidentiAndres Manuel Lopez Obradorun andiçmə mərasimində iştirak edib. Bu barədə XİN-nin mətbuat xidməti məlumat verir.
“Tədbir çərçivəsində E.Məmmədyarov Meksikanın yeni təyin olunmuş xarici işlər naziriMarselo Ebrard Kasaubonilə görüşüb”, - məlumatda deyilir.
Tərəflər Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin inkişafı potensialı və perspektivlərini müzakirə ediblər. **
R.Babayev