2018-ci ilin yanvar-noyabr aylarında manat ABŞ dollarına qarşı 0,01% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına istinadən bildirir.
Cari ilin noyabr ayında manatın ABŞ dollarına qarşı orta rəsmi məzənnəsi 1,7 manat təşkil edib ki, bu da oktyabr ayının göstəricisinə uyğundur.
Yanvar-noyabr aylarında manat avroya qarşı 4,62% möhkəmlənib, noyabr ayında isə 0,45% ucuzlaşıb (oktyabrda 2,62% möhkəmlənib).
2017-ci ildə manat dollara qarşı 4% möhkəmlənib, avroya nisbətən 8,9% ucuzlaşıb.
2016-cı ildə manat dollara qarşı 13,6%, avroya nisbətən 19,5% ucuzlaşıb.*
A.Əzizov