2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 1 mlrd. 119,3 mln. manatlıq əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmi 28,4% artıb.
Cari ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 117 mln. manat təşkil edib və ötən ilin oktyabr ayı ilə müqayisədə 57,2% artıb.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 mln. 415,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,3%-i Rusiya Federasiyası, 20,4%-i Gürcüstan, 13,8%-i Yaxın Şərq ölkələri, 10,1%-i Türkiyə, təqribən 9%-i İran vətəndaşları olub. **
A.Əzizov