2018-ci ilin oktyabr ayında “Azexport.az” portalına $10 mln. ümumi məbləğdə ixrac sifarişləri daxil olub, bu da cari ildə ən aşağı aylıq göstəricidir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Ümumilikdə 2017-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 noyabr tarixinə kimi ixrac sifarişlərinin dəyəri $908 mln., həmçinin yanvar-oktyabr aylarında $413 mln. təşkil edib.
Oktyabrda ən çox ixrac sifarişi meyvə-tərəvəz məhsulları, nar suyu, pambıq, bal, şərab, yun göbələyə olub.
Yanvar-oktyabr aylarında portala daxil olan sifarişlərin 18,3%-i Rusiya, 8,5%-i ABŞ, 5,8%-i Türkiyə, 4,1%-i İran, 3,5%-i Səudiyyə Ərəbistanı, 3,5%-i Ukrayna, 4,4%-i Hindistan, 4%-i Böyük Britaniyanın payına düşüb.
2017-ci ildə “Azexport.az” portalına $475 mln. ümumi məbləğdə ixrac sifarişləri daxil olub
2016-cı ilin dekbar ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını istifadəyə verib. **
B.Rüstəmbəyov