Bakının qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər həlak olub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat evrilir.
“Chevrolet” avtomobili ilə “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 3 sərnişin və minik avtomobilinin sürücüsü hadisə yerində həlak olub, daha bir nəfər yaralanıb”, - məlumatda qeyd olunur.
Qəza Qala-Pirallahı avtomobil yolunun 14-cü kilometrliyində baş verib.
“Faktla bağlı araşdırma aparılır”, - nazirlikdən qeyd edilir. **
F.İsazadə