“Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi 2018-ci il dekabrın 4-7-də keçiriləcək. Bu barədə “ITE Group” şirkətinin regional direktoru Edvard Stroun bu gün mətbuat konfransında bildirib.
““Bakutel-2018” sərgisində 20 ölkədən (Azərbaycan, Çin, Niderland, BƏƏ, Rusiya, Türkiyə, Finlandiya, Fransa, İsveç və s.) 230 şirkət iştirak edəcək. Builki sərginin debütantları iştirakçıların 30%-ni təşkil edəcək. “Bakutel 2017” ilə müqayisədə iştirakçıların sayı 16% artıb”, – deyə o qeyd edib.
Sərgidə, həmçinin 10 ölkə - İran, İtaliya, Belarus, ABŞ, BƏƏ, Sloveniya, Türkiyə, Fransa, Xorvatiya və Polşa da milli stendlərini təqdim edəcək.
Bundan başqa, “Bakutel” çərçivəsində iki forum: IV Azərbaycan-Belarus informasiya və kommunikasiya texnologiyaları forumu və Azərbaycan-İsrail İKT forumu keçiriləcək.*
B.Rüstəmbəyov