Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat verir.
“2018-cı il 1 oktyabr tarixinə Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxs var. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar”, - məlumatda deyilir.
Qeyd olunur ki, pensiyaçıların 30%-i əlilliyi olan şəxslərdir.
Aylıq sosial müavinət ödənilənlərin isə 60%-ə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.
Nazirliyin məlumatına əsasən, 1997-ci ildən etibarən 6,1 min nəfər əlil və şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. 6 mindən çox müharibə əlili və onlara bərabər tutulan şəxsə isə dövlət büdcəsi hesabına minik avtomobili verilib. **
R.Babayev