Ötən həftə parlament tərəfindən Vergi Məcəlləsinə qəbul edilmiş dəyişikliklər dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarmayacaq. Bunu Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.
«Vergi Məcəlləsinə dəyişikliklər 2019-cu il dövlət büdcəsinə daxilolmaların son dərəcə azalmasına səbəb olmayacaq», - deyə o, bu gün keçirdiyi brifinqdə bildirib.
S.Musayevanın sözlərinə görə, işçi və işəgötürən arasında əmək münasibətlərinin leqallaşdırılması buna kömək edəcək. «Şəffaflığın artması və əmək münasibətlərinin qanuniləşdirilməsi güzəştlərlə əlaqədar mümkün maliyyə itkilərini aradan qaldırmağa imkan verəcək. Bizim nikbin proqnozlarımıza əsasən, daxilolmalar hətta ötənilki səviyyədə də qala bilər», - deyə S.Musayeva qeyd edib.*
Ə.Məmmədov