Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nı təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
Qaydalara əsasən, hər bir valyuta üzrəaçıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakılar nəzərəalınır: xalis spot mövqe, xalis forvard mövqe, eləcə də qarantiyalar vədigər alətlər.
Kredit xətləri üzrəaçıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakı kreditəkonvertasiyaəmsalları tətbiq olunur:
müddəti bir ilədək olduqda – 20%
müddəti bir ildən çox olduqda – 50%
müqaviləəsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinəyetirməmək hüququ verildikdə– 10%.
“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nın məqsədləri üçün istifadəolunan sərbəst dönərli valyutalar bunladır: ABŞ dolları, avro, Kanada dolları, yapon yeni, ingilis funt sterlinqi, İsveçrəfrankı, Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları, beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “AA-” ölkə(suveren) borc reytinqinə(vəya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutaları.
Qaydalar 2019-cu il mart ayının 1-dən qüvvəyə minəcək.*
Ə.Məmməıdov