2018-ci ildə Azərbaycanda 1 min nəfərdən çox nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Cari il 1 min nəfərdən çox nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Onlardan artıq 300 nəfəri proqram çərçivəsində mal və materiallarla təmin edilərək kiçik ailə təsərrütlarını yaradıb”, - məlumatda deyilir.
Bundan əlavə, yanvar-noyabr aylarında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti vasitəsilə 500-dən çox əlilliyi olan şəxs işlə təmin olunub.320-dək əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.
Öncə əmək və əhalinin sosial müdafiəsi naziri qeyd edib ki, 2019-cu ildə Azərbaycanda 7-8 min yeni kiçik ailə təsərrüfatı özünüməşğulluq proqramı ilə əhatə olunacaq. **
R.Babayev