2019-cu ildə Venesuela prezidenti Nikolas Maduro Azərbaycana səfər edə bilər. Bu barədə Venesuelanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pedro Arqenis Sançes Flores məlumat verib.
“2019-cu ildə N.Maduronun Azərbaycana səfəri gözlənilir. Bu səfər Qoşulmama Hərəkatının üzv-ölkələrinin dövlət və hökumət başçılarının qarşıdakı sammiti ilə əlaqədardır”, - P.Flores “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Xəbər verildiyi kimi, 14-15 iyun 2019-cu il tarixində Bakıda Qoşulmama Hərəkatının sammiti keçiriləcək. Sammit çərçivəsində Hərəkatda sərdlik 2019-2022-ci illərdə Azərbaycana keçəcək.
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə təşkilatın rolunun gücləndirilməsi və BMT ilə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsini prioritet istiqamət seçib. **
F.İsazadə