Azərbaycan prezidenti Bakının Xəzər rayonunun Buzovna–Mərdəkan–Qala avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 5,6 mln. manat ayırmağı tapşırıb.
Avtomobil yolu 3 yaşayış məntəqəsini birləşdirəcək.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov