Azərbaycan prezidenti İlham Əliyev bazaar ertəsi 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident qeyd edib ki, CISCO şirkətinin uzun illər Azərbaycan hökuməti ilə müxtəlif sahələrdə, xüsusilə ölkəmizdə prioritet istiqamətlərdən biri olan nəqliyyat sahəsində uğurlu əməkdaşlıq həyata keçirir.
“Regional əməkdaşlıq üçün yeni infrastrukturun yaradıldığını nəzərə alaraq, digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur”, - İ.Əliyev bildirib.
Öz növbəsində, Q.Didrix səfərinin məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu dedi. **
B.Rüstəmbəyov