Azərbaycan dekabrın 8-11-də Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyası göndərəcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
«Dekabrın 8-11-də BƏƏ-yə, xüsusilə Əbu Dabi və Şarja şəhərlərinə Azərbaycanın ixrac missiyası təşkil ediləcək», - deyə o bildirib.
Nazirin sözlərinə görə, Dubayda Azərbaycan Ticarət Evinin yaradılması istiqamətində işlər başa çatdırılır.
O əlavə edib ki, qarşılıqlı etimad investisiya əməkdaşlığına müsbət dinamika verib. “BƏƏ-nin ölkəmizə yatırdığı$2,1mlrd. investisiyanın $1,3 mlrd.-ı neft sektoruna, $806 mln.-u isə qeyri-neft sektoruna yönəldilib. Hazırda Azərbaycanda 30-a yaxn BƏƏ şirkəti fəaliyyət göstərir", - deyə Ş.Mustafayev qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan tərəfindən BƏƏ-yə $330 mln. sərmayə yatırılıb.*
B.Rüstəmbəyov