Ermənistan Müdafiə Nazirliyi gündəlik döyüş hazırlığı planına uyğun olaraq təlim-məşq uçuşu həyata keçirən “Su-25” döyüş təyyarəsi ilə əlaqənin kəsilməsi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə saat 10:06-da Gümrü şəhərindəki aeroportdan havaya qalxdıqdan sonra saat 10:20-də onunla əlaqə kəsilib.
“Axtarış-xilasetmə işləri aparılır”, - deyə məlumatda bildirilir.
Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir.*