Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Nazirlər Şurasının iclasında iştirak etmək üçün bu gün Milana yola düşüb.
“E.Məmmədyarov ATƏT Nazirlər Şurasının 25-ci iclasında iştirak etmək üçün Milan şəhərinə yola düşüb”, - deyə XİN-in məlumatında bildirilir.
Səfər çərçivəsində nazir bir sıra ikitərəfli görüşlər keçirəcək.
Xəbər verildiyi kimi, E.Məmmədyarov dekabrın 5-də Milanda Ermənistanın xarici işlər nazirinin vəzifələrini icra edən Zöhrab Mnatsakanyanla görüş keçirəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.*
F.İsazadə