Ermənistan silahlı qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsibu gün günorta saatlarında qəzaya uğrayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
Təyyarə gündəlik döyüş hazırlığı planına uyğun olaraq təlim-məşq uçuşu həyata keçirirdi.
“Təyyarə Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayıb”, - deyə nazirliyin mətbuat katibi Artsrun Ovannisyan jurnalistlərə bildirib.
O qeyd edib ki, pilotlar podpolkovnikArmen Babayan və mayor Movses Manukyandır.*