Prezident İlham Əliyev ABŞ-la müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev dekabrın 4-də ABŞ-ın müdafiə nazirinin müavininin müşaviri Laura Kuperi qəbul edib.
“Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən prezident enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərin inkişafında böyük önəm daşıdığını bildirib, bu baxımdan ABŞ hökumətinin və şəxsən ABŞ prezidentinin (Donald Tramp – İF) Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirib”, - deyə məlumatda bildirilir.*
F.İsazadə