Azərbaycan və İran informasiya texnologiyaları sahəsində uğurla əməkdaşlıq edir. Bunu İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi bəyan edib.
“Azərbaycanla İran İKT sahəsində uğurla əməkdaşlıq edir, lakin biz həmçinin həm ikitərəfli səviyyədə, həm də İran, Azərbaycan, Türkiyə və Rusiya formatında əməkdaşlığın genişləndirilməsini müzakirə edirik”, - M.Cəhromi çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Öz növbəsində, İ.Əliyev qeyd edib ki, Azərbaycanla İran müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində yaxşı əməkdaşlıq həyata keçirir. Prezident İKT sahəsində həm ikitərəfli səviyyədə, həm də regional çərçivədə əməkdaşlıq üçün yaxşı imkanlar açıldığını dedi.
Həmçinin, Azərbaycan prezidenti Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanı qəbul edib. **
B.Rüstəmbəyov