Azərbaycan Silahlı Qüvvələrin hərbi birliyi döyüş atışlı təlim keçirib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib”, - məlumatda deyilir.
Nazirlikdən qeyd olunur ki, təlimlər müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonunda keçirilib. **
F.İsazadə