2018-ci il noyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 590,9 mln. təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-noyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 4,8% artıb.
Noyabrda AMB-nin valyuta ehtiyatları 0,98% və ya $54,5 mln. artıb.
Xəbər verildiyi kimi, ötən il Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.**
Ə.Məmmədov