Azərbaycanın nümayəndəsi Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ədliyyə Nazirliyindən məlumat verilir.
“Bu gün CEPEJ-in Strasburqda keçirilən növbəti plenar iclasında qurumun prezidentinin, vitse-prezidentinin və Bürosunun iki üzvünün seçkisi keçirilib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov CEPEJ-in prezidenti seçilib”, - nazirlikdən qeyd ediblər.
Xatırladaq ki, əvvəllər R.Qurbanov CEPEJ-in Bürosunun üzvü və vitse-prezidenti olub. **
Ə.Məmmədov