Azərbaycanın İsmayıllı şəhəri ilə Özbəkistanın Ferqan vilayətinin Riştan şəhəri ilə qardaşlığa dair Memorandum imzalanıb. Bu barədə gazeta.uz məlumat verir.
“Riştan (Ferqan vilayəti) və İsmayıllı (Azərbaycanın İsmayıllı rayonu) arasında qardaşlığa dair Memorandum imzalanıb”, - nəşr qeyd edir.
Sənədi Riştan rayonun icra başçısının müavini Əbdülsalom Siddikov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rövşən Ağayev və Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev imzalayıblar.
Ferqan vilayətinə rəsmi səfər çərçivəsində Azərbyacnın müayəndə heyəti yerli İcra Hakimiyyətinin başçısı Şöhrət Qəniyev ilə görüşüb.
Tərəflər müxtəlif sahələrdə əməkdaşlıq, həmçinin azərbaycanlı sənətkarlar və turislərin “Adras” festivalı və dulusçular və dulusçuluq məhsulu, həmçinin sənətkarların beynəlxalq festivallarına dəvət məsələlərini müzakirə ediblər. **
R.Babayev