Bu il 11 rayon üzrə arıçılıq təsərrüfatlarına 315 min manatdan çox subsidiya veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Nazirlikdə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. İclasda 11 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1249 arıçıya saxladıqları 315,65 min arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 315,65 min manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi 6 rayon üzrə 159 arıçı və arıçılıq təsərrüfatına 45,32 min manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edib.
Prezident İlham Əliyev cari ilin mart ayında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə5 il müddətinə (2018-2023-cü illər) subsidiyanın verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə10 manat məbləğində subsidiya verilir.*
B.Rüstəmbəyov