“Sumqayıt Kimya Sənaye Parkı” MMC Pirallahı Sənaye Parkı ərazisində kommunikasiyaların tikintisinə 10 mln. manatdan çox vəsait yönəldiləcək.
www.tender.gov.az saytında qeyd olunan materiallara əsasən, cəmiyyət Pirallahı Sənaye Parkı ərazisində mühəndis kommunikasiya, avtomobil yollarının tikintisi, su təchizatı xəttlər, texniki və yağış sularının axıdılması, işməli su xəttlərinin çəkilməsi üçün “Azərsənayetikintilayihə” MMC ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri 10 mln. 388,148 min manatdır.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı. ** B.Rüstəmbəyov