Prezident İlham Əliyev bu gün Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev, həmçinin Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun və Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnamələrini də qəbul edib.*
R.Babayev