Prezident İlham Əliyev bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub, Böyük Corc Buşun vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev ABŞ-ın 41-ci prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb”, - deyə məlumatda bildirilir.
Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.
“Prezident İ.Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb”, – deyə məlumatda qeyd olunur.*
R.Babayev