Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Bakıdakı iclas zamanı Azərbaycanın QDİƏT-də yarımillik sədrliyinin yekunları müzakirə ediləcək”, - deyə o qeyd edib.
Rəsmi nümayəndənin sözlərinə görə, iclasda, həmçinin nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi aktual sahə problemlərini özündə birləşdirən iqtisadi əməkdaşlıq sahəsində regional gündəliyin bir sıra məsələləri də nəzərdən keçiriləcək.*
R.Babayev