Azərbaycan prezidenti İlham Əliyev Cənubi Koreya və Əfqanıstana “Şərq-Qərb” nəqliyyat dəhlizinin imkanlarından yararlanmağı təklif edib.
İ.Əliyev çərşənbə günü Koreya Respublikası və Əfqanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Şərq-Qərb marşrutu üzrə yükdaşımalar istiqamətində Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit potensialını nəzərə alaraq, Koreya tərəfinin də bu imkanlardan istifadə edə bilərdi”, - prezident Koreyanın səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edərkən bidirib.
İ.Əliyev Əfqanıstanın yeni səfiri Xeyrullah Spelenaya analoji təklif ilə müraciət edib. Öz növbəsində, X.Spelenay qeyd edib ki, Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək, yükdaşımaların həyata keçirilməsində Əfqanıstan maraqlıdır. **
B.Rüstəmbəyov