Azərbaycanın gömrük orqanları ümumi çəkisi 500 qramdan çox olan qızıl məmulatlarının ölkədən qanunsuz çıxarılması cəhdinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Azərbaycandan gedən, Rusiya vətəndaşına məxsus "VAZ 21150" markalı avtomobil saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmayan 500 qramdan çox qızıl məmulatları (qızıl üzük-sırğa dəsti, sırğa, üzük, boyunbağı, kulon) müəyyən olunub», - deyə məlumatda bildirilir.*
R.Babayev